Oğurluq edən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 23-də M.Cəlal küçəsində Oktay Quliyevə məxsus, yaşadığı binanın zirzəmisindən 2 ədəd su nasosu, 3 ədəd su qızdırıcısı, avtomobil diski və 30 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Masallı rayon sakinləri - 1986-cı il təvəllüdlü Həsənağa Əliyev, əvvəllər məhkum olunmuş 1995-ci il təvəllüdlü Qafar Qəhrəmanlı və Neftçala rayon sakini 1995-ci il təvəllüdlü Valeh Quliyev tutulub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB