Gömrükdən Metadon keçirmək istədi

Gömrükdən Metadon keçirmək istədi

İrandan Azərbaycana Metadon adlı dərman preparatı keçirmək istəyən şəxs saxlanılıb. Dövlət Gömrük Komitəsindən (DGK) SİA-ya verilən xəbərə görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Elşən Əhmədovun üzərində yoxlama zamanı onun gödəkçəsinin cibindəki siqaret qutusunda 5 ədəd həbdən ibarət metadon adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, metadon adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 5 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,025 qram təşkil edir.

Faktla bağlı təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə