Tovuzda iki fəhlə quyuya düşüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tovuz rayonu, Düz Qırıqlı kəndində 2 nəfər fəhlənin quyuya düşməsi haqqında məlumat daxil olub.
FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər dərinliyi 4 m olan kanalizasiya quyusundan 1966-cı il təvəllüdlü Mürşüdov Azad Qərib oğlu və 1957-ci il təvəllüdlü Musayev Zaman Əsgər oğlunun cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB