Aksessuar mağazası yarıldı

Gəncədə mağaza yarılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə şəhər Kəpəz rayonu ərazisində oğurluq hadisəsi baş verib. Naməlum şəxslər Mikayıl Ağayevə məxsus mağazadan xeyli sayda aksessuar və 5 ədəd sim nömrə oğurlayıblar. Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Tərxan Rzayev və Həsən Heydərov saxlanılıb.

Hazırda polis həmin şəxslərin digər cinayətlərdə əlinin olub-olmamasını araşdırır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə