İtkin düşən şəxsin meyiti su kanalından tapıldı

İtkin düşən şəxsin meyiti su kanalından tapıldı

Noyabrın 18-dən itkin düşən Füzuli rayon sakininin meyiti su kanalından tapılıb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, noyabrın 21-də Füzuli rayonunda yaşayan ruhi xəstə Arzu Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Böyük Bəhmənli kəndinin ərazisindən keçən su kanalından tapılıb.

Araşdırmalar zamanı onun noyabrın 18-də itkin düşməsi müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə