Lerikdə ev yanıb

Lerikdə ev yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Lerik rayonu, Mastail kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan kürsülü birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə, bir otağının yanar konstruksiyaları 10 kv.m sahədə və damına yığılmiş 1,5 ton ot bağlaması yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə