Masallıda mal-qara oğruları tutulub

Masallıda mal-qara oğruları tutulub

Masallıda mal-qara oğruluğu ilə məşğul olan şəxslər saxlanılıb. SİA-nın Cənib bürosunun məlumatına görə, saxlanılan şəxslərin, rayon ərazisində sakinlərə məxsus xırda buynuzlu heyvanları oğurlayaraq paytaxt Bakıda və müxtəlif bölgələrdə ucuz qiymətə satmaları müəyyən edilib.

Masallı polisi rayon ərazisində saknlərin mal-qarasına qənim kəsilən şəxsləri saxlamağa müvəffəq olub. Rayonun Kolatan kənd sakini Qızbəs Babayeva, Ərkivan qəsəbə sakinləri Tehran Şahbazova və Hüsniyyə Ağayeva polis şöbəsinə ərizə ilə müraciət edərək, ayrı-ayrı vaxtlarda onlara məxsus xeyli sayda iri və xırda buynuzlu heyvanları naməlum şəxslər tərəfindən oğurlandığını bildiriblər. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Masallının İsgəndərli kənd sakini, 23 yaşlı Mirbaba Qələmirzə oğlu Cəfərov və Lənkəran rayonunun Tükəvilə kənd sakini, 31 yaşlı Anar Firudin oğlu Əliyev şübhəli şəxs qismində saxlanılıb. İstintaq zamanı hər iki şəxsin sözü gedən oğurluq faktlarının birbaşa təşkilatçıları olduğu sübuta yetirilib. Saxlanılan şəxslər oğurladıqları heyvanları paytaxt Bakıda və müxtəlif bölgələrdə ucuz qiymətə satmaları müəyyən edilib.

Aparılan axtarış tədbirləri nəticəsində heyvanların bir qismi tapılaraq sakinlərə qaytarılıb.Lakin buna baxmayaraq ümumilikdə ayrı-ayrı şəxslərin mal-qarasını oğurlamaqda təqsirli bilinən şəxslər sakinlərə xeyli maddi ziyan vurub.

Masallı Rayon Məhkəməsinin qərarı ilə Mirbaba Cəfərov və Anar Əliyev barəsində 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə