Zərdab rayonunda vətəndaşa məxsus evdə baş verən yanğında bir nəfər yanıq xəsarəti alıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, rayonun Qoruqbağı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan birmərtəbəli, 1 otaqlı evdə yataq dəsti və geyim əşyası yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti almış və yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilmişdir. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB