Bakı şəhərinin Nərimanov rayonunda 11 mərtəbəli yaşayış binasında yanğın baş verib. SİA Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə binanın 1-ci mərtəbəsində fəaliyyət göstərən "İLDIRIM EKSPRESS" beynəlxalq və ölkə daxili sürətli poçt məntəqəsinin zirzəmisində qeydə alınıb.
Poçt məntəqəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 01:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB