Abşeron rayonunda ev yanıb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, noyabrın 19-da saat 17 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yaşayan İslam Vəliyevin evində yanğın baş verib. Nəticədə 25 kvm. sahədə yanar konstruksiyalar yanıb, orada təmir işləri aparan rayon sakinləri Vüqar Quliyev və Ruslan Bəxtiyarov xəstəxanaya yerləşdiriliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB