Qəzaya düşən şəxs öldü

4 gün əvvəl qəzaya düşən şəxs ötən gün dünyasını dəyişib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, noyabrın 16-da Kürdəmir rayonunun Sığırlı kəndində rayon sakini Cəfər Cəfərov idarə etdiyi "Chevrolet" markalı avtomobillə yolu keçən kənd sakini Asim Mövlayevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş A.Mövlayev noyabrın 19-da orada ölüb.

Hadisə ilə bağlı Bakı Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə