Qanunsuz ov edən şəxslər tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Saatlı rayonunun Dədə Qorqud kəndində qanunsuz ov etmiş İmişli rayon sakini Vüsal Hümbətov və Etiram Əhmədzadə Saatlı RPŞ və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları tərəfindən saxlanılıblar.
V.Hümbətovdan "TOZ-63" markalı ov tüfəngi və 24 ədəd patron, E.Əhmədzadədən isə "İJ-18" markalı ov tüfəngi götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB