Bakıda binada yanğın

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 24 ədəd elektrik sayğacı yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə