Türkiyədə qayınatanın gəlininə təcavüz etmə xəbəri günlərlə gündəmdən düşməyib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, hadisə Antalyada baş verib. 64 yaşlı Ali Y. 35 yaşlı gəlini S.Y-yə təcavüz etməkdə ittiham olunub. S.Y. ifadəsində qayınatasının evdə heç kimin olmamasından istifadə edərək ona təcavüz etdiyini bildirib. "Həyat yoldaşım və mən qayınatamla eyni evdə yaşayırıq. 2012-ci ilin fevral ayında evdə heç kim olmayanda otağa gəlib məndən çay istədi. Çayı bəyənmədiyini deyib mənə hücum etdi. Sonra isə təcavüz etmək istədi. Otaqda arxamca qaçarkən üç ayaqlı stulu qırdı. Məni tutub zorladı". Hadisənin üstü S.Y. baş verənləri anasına danışdıqdan sonra açılıb. Antayla 2-ci Ağır Cəza Məhkəməsində işə baxılıb. Hakim qarşısına çıxan Ali Y.-ya 10 il həbs cəzası verilib. Sonda müttəhimin həbs qərarını ləğv edən məhkəmə Ali Y.-nin ədliyyə nəzarətinə götürülməsi və ölkədən çıxmasına qadağa qoyulması barədə qərar qəbul edib. S.Y. müttəhimin həbs qərarının ləğv edilməsinə görə təəssüf etdiyini bildirib. Gəlinin anası E.A. isə "Kaşki qızımı evləndirməzdim, başımıza da bunlar gəlməzdi" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB