Xaçmaz rayonunda ölüm hadisəsi baş verib. SİA-nn xəbərinə görə, Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, rayonun Kiçik Baraxun kənd sakini Elçin Arzumanov kəndin ərazisindəki əkin sahəsində tüfəngdən açdığı atəşlə özünə xəsarət yetirib. E.Arzumanov hadisə yerində ölüb.
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB