Cibləri soyan "qəhrəman"

Silsilə oğurluq edən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan 1977-ci il təvəllüdlü Ramil Məlikov tutulub.

Şübhəli şəxsin üzərindən 0,153 qram heroin aşkar olunaraq, götürülüb. Ətrafında keçirilən əməliyyat-axtarış, istintaq tədbirləri ilə müəyyən edilib ki, o, noyabrın 11-də 77 saylı xətt avtobusunda Bakı şəhər sakinləri – Aysel Xəlilovanın, noyabrın 15-də və 16-da 96 saylı xətt avtobusunda Xəyalə Manaflının, Zöhrə Salmanovanın əl çantalarından pul, sənədlər və bank kartlarını gizli yolla talayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə