Axtarılanlar tapıldı

Bakıda axtarışda olan 2 nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 234-cü maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü Vüsal Həsənov, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nın 178-ci maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü Nahid Məmmədov tutulub.

Faktlarla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə