Samuxda ev yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Samux rayonu, Sərkar kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 154 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin tavanı 2 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB