Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızı zorlayaraq qətlə yetirən 1983-cü il təvəllüdlü Yakov Çernovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. SİA-nın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
hadisə bu il may ayında baş verib. Çernov Yakov qonşuluqda yaşayan 5 yaşlı Nigarı (ad şərtidir) həyətdə tək oynadığını görüb. Onun yanına gələrək, Nigara dondurma verəcəyini vəd edərək, yaşadığı mənzilin ikinci mərtəbəsinə aparıb. Ç.Yakov 5 yaşlı qızla təbii və qeyri təbii yolla cinsi əlaqə olub. Təqsirləndirilən şəxs qonşuların həyətdə səsini eşitdiyini görərək Nigarı məftillə boğmağa başlayıb. Buna nail ola bilməyən Çernov əli ilə qızın nəfəs borusunu tutaraq boğaraq öldürüb. Qatil Nigarı xalçaya bükərək, axşamın düşməsini gözləyib. Onun məqsədi qızı həyətdə basdırmaq olub. Polis əməkdaşları hadisədən şübhəli olan Çernovun evində axtarış edib. Bu zaman qızın atası həyətdə palazı bükülmüş şəkildə görüb. Ata qızının zorakılıq əlaməti olan meyitini aşkarlayıb. Polis əməkdaşları Çernov Yakovu saxlayıblar.
Hakimlər kollegiyasının hökmünə əsasən Yakov Çernov ömürlük azadlıqdan məhrum edilib.
Y.Çernov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə təqsirləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB