Yuxulayan sürücü yol təsərrüfatına ziyan vurdu FOTOLAR VİDEO

Yuxulayan sürücü yol təsərrüfatına ziyan vurdu FOTOLAR VİDEO

Bu gün səhər saatlarında Bakı dairəvi-1 avtomobil yolunun 12-ci kilometrliyində baş vermiş avtomobil qəzası zamanı yol təsərrüfatına ciddi ziyan dəyib. "Azəryolservis" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı dairəvi-1 avtomobil yolunun Lökbatan dairəsi istiqamətindən hərəkətdə olan "Şaqman" markalı 90 VU 596 dövlət nömrə nişanlı sement daşıyan yük maşını yol ayrıcında olan əyri-xətli dəmir tirləri və işıq dirəyini dağıdaraq dayanıb. Ağır tonnajlı yük avtomobilini idarə edən sürücü Rəşad İsmayılovun sözlərinə görə, sükan arxasında yuxulayıb və bir anlıq sükana hakimiyyətini itirib.Bu zaman isə qəza baş verib. Baş vermiş qəza zamanı təqribən 100 paqon-metr əyri-xətli dəmir tirlər və 1 işıq dirəyi sıradan çıxıb. İlkin hesablamalara görə, yol təsərrüfatına 13 min manata yaxın ziyan dəyib. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə