Bakıda 3 nəfərin üzərindən narkotik vasitə tapılıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ NMB və 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Gəncə şəhər sakini 1964-cü il təvəllüdlü Elman Mirzəyevdən 8 kiloqramdan artıq, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, İsmayıllı rayon sakini 1984-cü il təvəllüdlü Vədahil Şiralıyevdən 21 qramdan artıq marixuana, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Telman Hüseynovun üzərindən 1 qramdan artıq heroin aşkar edilib.
Hər 3 faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB