Bakıda 6 nəfər liftdə köməksiz qalıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Bakı şəhəri, Nizami rayonunda 5 nəfər, Xətai rayonunda isə 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB