Bakıda küləyin gücündən aşan ağac 3 evin üstünə düşüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərində əsən güclü küləyin təsirindən hündürlüyü 15-20 metr, diametri 1 metr olan ağac aşaraq 3 fərdi yaşayış evinin üzərinə düşüb.
Əraziyə cəlb edilmiş FHN xilasediciləri və Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin əməkdaşları təhlükə yaradan ağacı xüsusi alət vasitəsilə kəsib, sakinlərin təhlükəsizliyini təmin ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB