Samux rayonunda bədbəxt hadisə baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rayon sakini 41 yaşlı Aftandil Məmmədov və onun oğlu Əziz Məmmədov evlərində odun sobasının kənarında ehtiyatsızlıqdan yanan çantanı söndürən zaman yanıq xəsarətləri alıblar. Zərərçəkən ata dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, oğul isə Şəhər 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Əziz Məmmədovun vəziyyəti normal olduğundan o ambulator müayinəyə buraxılıb, Aftandil Məmmədovun müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə