Dəm qazı daha 2 can aldı

Bakı və Xırdalanda dəm qazından ölüm faktı baş verib.SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, hadisə noyabrın 15-də qeydə alınıb. Binəqədi rayonu ərazisində yaşayan Mirtural Məmmədzadə və Xırdalan şəhərində yaşayan Aytac Abbaszadə mənzillərində dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə