Avtomobil qaçıran şəxs tapıldı

Avtomobil qaçıran şəxs tapıldı

Avtomobil qaçıran şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, DİN BDYPİ və Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 12-nə keçən gecə M.Hadi küçəsində Ramin Şirinovun idarə etdiyi "VAZ-2104" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini, 1995-ci il təvəllüdlü Araz Hüseynov noyabrın 15-də Qaradağ rayon ərazisində avtomobillə birlikdə saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə