Bakı sakini intihara cəhd etdi

Bakı sakini özünü intihar etmək istəyib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər yüksək gərginlikli elektrik xəttinin dəmir dirəyinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin muvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:56-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə