Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.
Xanqərvənd kəndində Bakı şəhər sakini Baba Yusifovun idarə etdiyi "Niva" və Naftalan şəhər sakini Ramil Mustafayevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində B.Yusifovun sərnişinlərindən Zeynal Təhməzov hadisə yerində ölüb, R.Mustafayev və sərnişini xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB