Daha bir balıqçı batıb

Pirallahı rayonunda balıqçı batıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Pirallahı rayonu əzazisində dənizdə 1 balıqçının batması barədə məlumat daxil olub.

Axtarışlara bu gün FHN-nin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə