Tələbə oğlan baş kəsməsinin səbəbini açıqladı

Tələbə oğlan baş kəsməsinin səbəbini açıqladı

Ötən gün səhər saatlarında Nizami rayonu, Qara Qarayev prospektində 23 yaşlı Elnur Nəsirovun 19 yaşlı əmisi oğlu Elşəni öldürməsində qısqanclıq əsas göstərilirdi.

Polis tərəfindən tutulan Elnur Nəsirov əmisi oğlunu bacısına görə öldürdüyünü deyib.

Azərbaycan Texniki Universitetinin Sənayenin Təşkili və İdarəolunması fakültəsinin II kurs tələbəsi olan Elnur ilkin ifadəsində bildirib ki, əmisi oğlu onun bacısını sevirdi. Bir müddət onunla münasibəti olub, lakin sonradan bacısına qarşı vəfasızlıq edib. Elşən bir müddət əvvəl başqa bir xanımla ailə həyatı qurub. Onun hərəkəti isə Elnurun qəzəbinə səbəb olub.

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə