2 dələduz tapıldı

Bakıda dələduzluq maddəsi ilə axtarışda olan 2 nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Bakı şəhər BPİ TŞX və Binəqədi RPİ 4-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1962-ci il təvəllüdlü Pənah Məmmədov, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1957-ci il təvəllüdlü Tofiq Misirov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə