Pambıq tayası yanıb

Salyanda pambıq tayası yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Salyan rayonu, Qızılağac kəndində məntəqə ərazisinə yığılmış 14 ton pambıq tayasının 150 kq-ı yanıb. Pambıq tayasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə