Axtarışda olan 5 nəfər tutulub

Axtarışda olan 5 nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən xəbərə görə, Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Qazaxıstan Respublikasının CM-nin 234-cü maddəsi (dövlət sərhəddindən küllü miqdarda iqtisadi qaçaqmalçılıq) ilə axtarışda olan 1983-cü il təvəllüdlü İbrahim Abdullayev, Xəzər RPİ PPXB və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1968-ci il təvəllüdlü Azər Əliyev, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1988-ci il təvəllüdlü Yalçın Hüseynov, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci ((dələduzluq)) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü Natiq Azayev, Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci ((dələduzluq)) maddəsi ilə axtarışda olan 1955-ci il təvəllüdlü Şahsuvar Həsənov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə