Mənzildə partlayış 3 nəfər xəsarət aldı

Mənzildə partlayış 3 nəfər xəsarət aldı

Abşeronda mənzildə partlayış baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, noyabrın 9-da saat 15 radələrində Abşeron rayonunun Yuxarı Güzdək qəsəbəsində yaşayan Azad Əsgərovun evində qaz sızmasından yanğına keçən ani partlayış baş verib. Nəticədə yanıq xəsarəti almış A.Əsgərov, arvadı Günel və qızı Dəniz xəstəxanaya yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə