Axtarışda olan 3 nəfər tutulub

Bakıda dələduzluq etdiyinə görə axtarışa verilən 3 nəfər həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, paytaxt polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olanlar - 1982-ci il təvəllüdlü Elxan Əliyev, 1989-cu il təvəllüdlü Nəbi Osmanov və 1954-cü il təvəllüdlü Zərxanım Məmmədova tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə