Bakıda ölümlə nəticələnən yol-qəza hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən xəbərə görə, hadisə noyabrın 9-u saat 20:00 radələrində, Sabunçu rayonu Pirşağı qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini 1970-ci il təvəllüdlü Qabil Həmzəyev idarə etdiyi "Mercedes"" markalı avtomobillə 1934-cü il təvəllüdlü Nikolay Sorokini vurub. Nəticədə o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB