Bakıda zavodun binasında yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda "KLASSİK-KO LTD" MMC-ə məxsus ümumi sahəsi 8000 kv.m olan, hal-hazırda fəaliyyət göstərməyən zavodun birmərtəbəli inzibati binasında, (hal-hazırda anbar kimi istifadə olunur) sahəsi 38 kv.m olan 1 otağın yanar konstruksiyaları, içərisində olan əşyalar yanmış və yüksək temperaturdan ona bitişik olan otağın lambirdən ibarət tavanı 30 kv.m sahədə əriyib. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB