Sabunçuda 3 nəfər liftdə qalıb. SİA bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir. FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB