Bir ailənin 3 üzvü qəzada yaralandı
Hacıqabulda ailə faciəsi

Bu gün saat 13.45 radələrində Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisində yol qəzası qeydə alınıb. İmişli rayon sakininin idarə etdiyi "Mercedes" markalı avtomobili yoldan çıxararaq aşıb.

Qəza nəticəsində bir ailənin 3 üzvü xəsarət alıb. Onlar Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə