Evdən pul və zinət əşyaları aparmış Şəmkir rayon sakinləri tutulublar
Gədəbəydə evə basqın edildi

Azərbaycanda yaşayış evinə basqın olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 15-də Gədəbəy rayonunun Slavyanka kəndində yaşayan Zakir Rüstəmovun evinə girib onu, gəlini Səidəni və nəvəsi Cabbarı bıçaqla hədələyərək əl və ayaqlarını, habelə ağızlarını yapışqanlı lentlə bağlayaraq, oradan 4300 manat, 300 ABŞ dolları və qızıl əşyalar aparmış Şəmkir rayon sakinləri Ramil Haqverdiyev, Aydın Rüstəmov, Firdovsi Kərimov tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə