Cəlilabadda ağır yol qəzası baş verib. Sürətlə gedən avtomobil idarəetmədən çıxıb və ağaca çırpılıb . Bir nəfər hadisə yerində ölüb. Hacıqabulda aşan avtomobildə də bir nəfər ölüb. Ağaca çırpılan avtomobildə bir nəfər ölüb. Hadisə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində baş verib.
Cəlilabad rayon Alar kənd sakini Zaur Əliyev avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarındakı ağaca çırpılıb. Əzilən avtomobil yararsız hala düşüb.
Nəticədə avtomaşında olan sərnişin dünyasını dəyişib. Sürücü isə yaralı halda Cəlilabad Mərkəzi rayon xəstəxanasına çatdırılıb.
Hacıqabuldakı qəza da ölümlə nəticələnib. Hadisə Muğan qəsəbəsi ərazisində olub. Quba rayonunun Qarxun kənd sakini, 38 yaşlı Qabil Rəhimov idarə etdiyi minik avtomobilini aşırıb. Qəzada sürücü ölüb. Sərnişinlər - Quba rayonu Qarxun kənd sakini, 26 yaşlı Mətləb Fərəcov, rayonun Adur kənd sakini, 38 yaşlı Sahib Həsənov və Şirvan sakini, 34 yaşlı Afaq Orucova müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB