Ötən gecə saat 23:30 radələrində Şirvan şəhəri Heydər Əliyev prospektində "Vosmoy" adlanan ərazidə yerləşən köhnə çayxanada silahlı atışma baş verib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, silahlı atışma zamanı öldürülən hər iki şəxs əvvəllər məhkumluq həyatı yaşamış, Şirvanda özünü "Krutoy Elvin" kimi tanıdan 1983-cü il təvəllüdlü Elvin Zamanəli oğlu Nəziyev və 1990-il təvəllüdlü Zaur Vəfadar oğlu Sarıbalayev olub. Hər ikisi cinayət aləminə həvskar olublar. Öldürülənlər "Makarov" tipli tapançadan açılan atəşlə qətlə yetiriliblər.
hadisə şahidlərinin dediyinə görə, çayxanada qətlə yetirilənlərdən başqa 3 nəfər də olub. Onlar çayxanaya məhz "razborka" üçün gəliblərmiş.
Hadisə yerinə Şirvan şəhər polis şöbəsinin və prokurorluqun əməkdaşları gəliblər. Hadisənin təşkilatçısı, qətli törədən və hadisənin iştirakçılarının müəyyən edilməsi üçün hüquq mühafizə orqanları əməkdaşları intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Ağır cinayət hadisəsinin üstü demək olarki açılıb. Lakin saxlanılan şəxslərin ifadəsi alındığından istintaqa mane olmamaq üçün açıqlama vermirik. Hadisənin təşkilatçısı və qətli törədənin kimliyi barədə ilkin məlumatlarımız var. Lakin prokurorluqun rəsmi açıqlamasını gözləyirik.
Faktal bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi açılıb.
İqbal Mikayılov

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB