Ağsuda qətl hadisəsi törədilib. SİA-nın xəbərinə görə, hadisə gecə saatlarında rayonun Ərəbsarvan kəndində baş verib. Rayonun Çiyni kənd sakini 1983-cü il təvəllüdlü Şirinov Kabus Xanlar oğlu, Ərəbsarvan kənd sakini 1975-ci il təvəllüdlü Eyyubova Elnurə Üzeyir qızının evinə gedərək aralarında mübahisələr yaranıb. Daha sonra Kabus Xanlarov mətbəx bıçağı ilə bir neçə bıçaq xəsarəti yetirib və Elnurə Eyyubova aldığı bıçaq xəsarətlərindən elə hadisə yerindəcə dünyasını dəyişib.
Qeyd edək ki, Kabus Şirinovla Elnurə Eyyubova ilə birgə rəsmi nikahlarından 2 az yaşlı uşaqları var və 3 il öncə boşanıblar. Mərhum Elnurə Eyyubova rayonun Hacıqədirli kəndində müəllimə işləyirdi.
Qeyd edək ki, faktla bağlı Ağsu rayon prokurorluğunda cinayət işi açılıb istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB