İtkin düşən məktəbli tapıldı

İtkin düşən məktəbli tapıldı

Astara Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Ruslan Şəbiyev deyib ki, Şahid Əzizov oktyabrın 31-də, yəni itkin düşdüyü elan ediləndən 6 gün sonra tapılıb. Amma üstündən 3 sutkadan da çox vaxt keçməsinə baxmayaraq, onu dindirmək mümkün olmayıb: "Uşaq yolu özü tapıb, evə gəlib. Amma psixoloji sarsıntı keçirdiyindən hələlik heç nə danışmır. Şahid Əzizovun meşədə harada olması, necə sağ qalması, qidalanması, eləcə də danışmamağının qorxudan və ya başqa səbəblərdən olduğu barədə hələlik heç nə bilmirik. Hazırda uşaq evindədir, amma ciddi həkim nəzarəti altındadır və həkimlər onun heç kimlə, o cümlədən polislərlə ünsiyyətinə icazə vermirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə