“Shacman” ağaca çırpılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Xudat şəhərində "Shacman" markalı yük avtomobili yol kənarındakı ağaca çırpılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə