Saxta pullarla mağazalardan alver ediblər
Tərtərdə saxta pulla mağazalardan alver edən gənclər yaxalanıb. Məlum olub ki, onlardan biri saxta əskinasları yaşadığı evdə rəngli printer vasitəsilə hazırlayıb. Saxta pullarla alver edən şəxslər saxlanıldı. Tərtər polisi rayonun Əskipara kənd sakini, 20 yaşlı Fərid Məmmədlini saxta pul hazırladığı üçün tutub. O, saxta əskinasları rəngli printer vasitəsi ilə çap etdiyini bildirib.
Səxavət Axundov da tutularaq istintaqa cəlb edilib. Məlum olub ki, hər iki şəxs saxta əskinaslarla rayon ərazisindəki mağazalardan alver ediblər. Saxta pulların qalan hissəsi maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başladılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB