ABŞ-ın Florida əyalətində Venezuelaya gedən sərnişin təyyarəsində yanğın çıxıb. SİA-nın məlumatına görə, yanğın nəticəsində 15 sərnişin yaralanıb.
Fort Loderdeyl-Hollivud Beynəlxalq Hava limanından qalxmağa hazırlaşan "Boinq 767" model təyyarədə yanğın çıxıb.
Yanğın zamanı sərnişinlərin bir qismi təcili çıxışdan azad edilib. Xilas edilmiş sərnişinlər isə bölgədəki xəstəxanalara yerləşdirilib. Sərnişinlərdən birinin vəziyyətinin ağır yaralandığı bildirilib.
Karakas Simon Balivar Beynəlxalq Hava limanına uçması planlaşdırılan təyyarədə 101 sərnişin olub.
Federal Aviasiya İdarəsindən verilən məlumata görə, yanğına səbəb təyyarənin sol mühərrikində yanacaq sızıntısı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB