Lənkəranı su basıb

Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində bəzi çökək ərazilərdə olan fərdi yaşayış evlərinin həyatyanı sahələrini və yolları su basıb. Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzindən SİA-ya verilən məlumata görə, hal-hazırda nazirliyin Cənub Regional Mərkəzinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri qeyd olunan ərazilərdə müvafiq tədbirlər həyata keçirir. Əlavə məlumat veriləcək

Bütün xəbərlər Facebook səhifəmizdə