Yevlaxda ev yanıb

Yevlax rayonu, Salahlı kəndində yanğın baş verib. SİA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, vətəndaşa məxsus ümumi sahəsi 143 kv.m olan birmərtəbəli, kürsülü, 3 otaqlı evin 2 otağının qamışdan ibarət tavanı 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 15:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə