Avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxslər xilas edildi

Avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxslər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qudyalçay çayının, Xaçmaz rayonu ərazisindən keçən hissəsində "VAZ" markalı minik avtomobilinin "QAZ" markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalaraq xəsarət alan sürücü və 2 nəfər sərnişin avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə